UFC çempionu motosikletlə 17 yaşlı qızı VURDU

Kamerunda keçmiş ağır çəkidə UFC çempionu Frensis Nqannou motosikletlə 17 yaşlı qızı öldürüb.
Redaktor.az xarici mediaya istinadla bildirir ki, hadisə aprelin 20-də baş verib. Motosiklet sürücüsü yeniyetmə qızı vurub. Hadisədən sonra Nqannou dərhal zərərçəkənə yardım göstərib və şəxsən onu klinikaya aparıb, orada həkimlər təcili əməliyyat ediblər.
Lakin aprelin 28-də qız tibb müəssisəsində dünyasını dəyişib.
Yerli hakimiyyət orqanları hadisənin baş vermə şəraitinin hərtərəfli araşdırılmasını tələb ediblər.
Onu da əlavə edək ki, Nqannou döyüş karyerası ərzində qarışıq döyüş növləri (MMA) döyüşlərində 18 dəfə qalib gəlib, üç dəfə məğlub olub. O, UFC ağır çəkidə çempionluq kəmərinin sahibidir.