19 yaşında rekord qırır: 400 dildə oxuyub yaza bilir

 16:50 29.04.2025     237

Hindistandan olan Mahmud Əkrəm 19 yaşında 400 dildə oxuyub yaza bilir. Mədəniyyətlər arasında körpü qurmağı hədəfləyən gənc dünyanı ruhlandırır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, dünyada bir çox insan bir neçə dil bilməkdən qürur duyduğu halda, hindistanlı gənc Mahmud Əkrəm sözün əsl mənasında bu mövzuda sərhədləri aşır. Cəmi 19 yaşında olan Əkrəm 400 müxtəlif dildə oxumaq və yazmaq bacarığı ilə hamını heyrətə gətirib.

Bildirilir ki, dil öyrənməyə marağı gənc yaşlarından başlayan Əkrəm gün ərzində saatlarla dərs oxuyaraq nəinki ana dilindən kənara çıxıb, hətta dünyada danışılan, hətta yox olmaq üzrə olan dilləri də öyrənməyə başlayıb. Sanskrit, latın və aramey kimi qədim dillərdən tutmuş, yapon, zulu və fin kimi müasir dillərə qədər geniş dillərə sahib olan gənc dahi bu bacarığı yaddaş texnikası, gərgin iş tempi və nizam-intizamlı üsulla inkişaf etdirdiyini deyir.

Mahmud Əkrəmin məqsədi təkcə dil bilmək deyil. Gənc istedad mədəniyyətlər arasında körpülər qurmaq, ölmüş dilləri yaşatmaq və müxtəlif millətlər arasında anlaşmanı gücləndirmək istəyir.  

O, İngiltərənin Milton Keynes Açıq Universitetində dilçilik üzrə bakalavr dərəcəsi alır. Hindistanda Alagappa Universitetində ingilis ədəbiyyatı və animasiya üzrə təhsilini davam etdirir. Və bütün bunları edərkən o, eyni sinifdə 39 müxtəlif millətdən olan tələbələrlə təhsil alır.

Vasif ƏLİHÜSEYN