Bu ölkənin yeganə "qanuni oğru"su SAXLANILDI

 18:45 29.04.2025     79

Tatarıstandan olan yeganə “qanuni oğru”, kriminal dairələrdə Roma Kazanski kimi tanınan Roman Sıçev bu gün Kazanda saxlanılıb.

Redaktor.az Rusiya mediasına istinadla bildirir ki, bu səhər Sıçev 15 il əvvəl baş vermiş qətllə bağlı cinayət işi üzrə şahid qismində dindirilmək üçün Tatarıstan Respublikası İstintaq Komitəsinin binasına gəlib. Lakin müstəntiqin kabinetində onu dələduzluq və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinməkdə ittiham ediblər.

Təhlükəsizlik işçiləri bu cinayətləri 2024-cü ilə aid edirlər. Hazırda müstəntiqlər Tatarıstan Respublikası Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməliyyatçıları ilə birlikdə onun ətrafında əməliyyat tədbirləri həyata keçirirlər.