Tramp Rusiya-Ukrayna münaqişəsində Kiyevin tərəfini tuta biləcəyini istisna etmədi

 19:00 29.04.2025     110

ABŞ Prezidenti Donald Tramp Ukraynanın tərəfini tuta biləcəyini istisna etməyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “The Atlantic” jurnalına müsahibəsində bildirib.

ABŞ liderinə Rusiya Prezidenti Vladimir Putinin hansısa hərəkətinin onun bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin tərəfində olduğunu deməsinə səbəb olub-olmayacağı ilə bağlı sual verilib.

"Zelenskinin tərəfində olmasa da, Ukraynanın tərəfində - bəli", - Ağ Evin sahibi cavab verib.

O, həmçinin fevralın 28-də Ağ Evdəki Oval kabinetdə keçirilən görüş zamanı Zelenski ilə mübahisəni xatırlayaraq, onunla "çətin vaxtlar" yaşadığını qeyd edib.