İspaniyada elektrik kəsintisi səbəbindən azı 5 nəfər ÖLDÜ

 20:38 29.04.2025     120

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, Orense əyalətində (Qalisiya muxtar icması) eyni ailənin üç üzvü dəm qazından boğularaq dünyasını dəyişib.

Həmçinin qeyd olunur ki, Valensiya muxtar icmasında süni nəfəs aparatına qoşulu olan bir qadın enerji kəsintisi nəticəsində oksigenin tükənməsi nəticəsində ölüb. Bundan əlavə, Madriddə şamın səbəb ola biləcəyi yanğında başqa bir qadın ölüb.