"ABŞ Ukraynada qısamüddətli yox, uzunmüddətli atəşkəsi dəstəkləyir"

 23:40 29.04.2025     116

ABŞ administrasiyası Ukraynada qısamüddətli yox, uzunmüddətli və davamlı atəşkəsin tərəfdarıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Təmmi Bryus brifinqdə bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi sadəcə simvolik və qısa müddətli razılaşmalar deyil, tam, hərtərəfli və davamlı atəşkəsin əldə edilməsidir:

“Bu, üçgünlük tədbir deyil ki, nəyisə qeyd etmək üçün edilsin. Məqsəd tam və davamlı atəşkəs, eyni zamanda münaqişəyə son qoymaqdır”.