Putin Rusiya-ABŞ münasibətlərini yenidən qurmaq istəyir

 09:29 30.04.2025     114

Rusiya Prezidenti Vladimir Putin “son onilliklərdə ilk dəfə” ABŞ və Rusiya arasında münasibətləri yenidən formalaşdırmaq fürsəti görür.

Redaktor.az “The Hill”ə istindla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Düşünürəm ki, o, son onilliklərdə ilk dəfədir ki, Rusiya Federasiyasının ABŞ ilə münasibətlərinə yenidən baxmaq imkanı görür və bu, göz qabağındadır”, - o deyib.

Xüsusi nümayəndə vurğulayıb ki, onun Rusiya lideri ilə dörd görüşü olub, onların hər biri ən azı üç saat, danışıqlardan biri isə təxminən beş saat davam edib.

Bundan əvvəl məlum olub ki, Vitkoff Putini Ukrayna münaqişəsinin həlli çərçivəsində ərazi güzəştlərinə getməyə inandırmağa çalışıb. Bildirilir ki, şərt Rusiyadan Zaporojya, Xerson vilayətləri və Donbasın Ukraynanın nəzarətində olan hissələrindən imtina etməyi tələb edir, lakin Putin bunu rədd edib.

Aytəkin TOFİQQIZI