Tramp yumurtanın qiymətinin düşməsi ilə öyünür

ABŞ Prezidenti Donald Tramp vəzifəsində ilk 100 gününü qeyd etmək üçün keçirilən mitinqdə əsas nailiyyətlərindən biri kimi yumurtanın qiymətinin aşağı düşməsini göstərib.
Redaktor.az xəbər verir ki, mitinq "YouTube"da yayımlanıb.
"Vəzifədə olduğum ilk həftədə yumurtanın qiymətinə görə məni tənqid etdilər", - Tramp bildirib.
O, qeyd edib ki, prezidentliyi dövründə ABŞ-də Pasxa bayramına görə yumurtanın qiyməti 87% ucuzlaşıb. Bundan əlavə, benzinin, ərzaq və dərmanların qiymətləri aşağı düşüb, dövlət başçısı qeyd edib.
Qeyd edək ki, bundan əvvəl CBC məlumat vermişdi ki, ABŞ sərhəd xidmətləri ölkədə bu məhsulların rekord qiymət artımı fonunda toyuq və yumurta qaçaqmalçılığı ilə fəal mübarizə aparır.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi sərhəddə ələ keçirilən toyuq yumurtalarının sayının kəskin artdığını göstərən yeni məlumatlar açıqlayıb. Məlumata görə, 2025-ci ilin yanvar və fevral aylarında sərhədçilər tərəfindən 3254 ədəd yumurta götürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 116% (1508 ədəd) çoxdur.
Turan İSMAYIL