ABŞ Avropanın təhlükəsizliyini subsidiya edə bilmir

 10:26 30.04.2025     116

ABŞ-nin Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib ki, ABŞ-nin artmaqda olan dövlət borcu ölkənin Avropanın təhlükəsizliyinə maliyyə dəstəyi verməsinə imkan vermir.

Redaktor.az xəbər verir ki, bu fikri o, “New York Post” qəzetinə müsahibəsində səsləndirib.

“33 trilyon dollarlıq dövlət borcu olan ABŞ, sözün əsl mənasında, artıq Avropanın təhlükəsizliyini subsidiyalaşdıra bilməz,” – deyə Vals qeyd edib.

O əlavə edib ki, bəzi Avropa ölkələri, o cümlədən Norveç və Finlandiya, müdafiə xərclərini artırmağa çalışsalar da, İspaniya, İtaliya və Kanada bu sahəyə kifayət qədər maliyyə ayırmır.

Qeyd edək ki, bundan əvvəl NATO-nun Nüvə Siyasəti üzrə direktoru Cim Stoks ABŞ-nin yeni administrasiyasının NATO-dan çıxmağa və ya alyansı nüvə qüvvələrinin müdafiəsiz qoymağa dair heç bir niyyət göstərmədiyini bildirmişdi.

Aytəkin TOFİQQIZI