ABŞ Ukraynaya yardım göndərmək niyyətindədir

ABŞ Ukraynaya yardım göndərmək niyyətindədir, lakin bu prosesə Avropa ölkələrinin rəhbərlik etməsi vacib sayılır.
Redaktor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “The New York Post”a verdiyi müsahibədə bu barədə danışıb.
“Biz açıq şəkildə bildirdik ki, Ukraynaya gələcək yardıma Avropa rəhbərlik etməlidir. Bu, danışıqların əsas nəticələrindən biridir”, – deyə Ağ Ev rəsmisi bildirib.
Müşavir əlavə edib ki, ABŞ artıq öz milli borcu fonunda Avropanın təhlükəsizliyini subsidiya ilə təmin edə bilməz.
Qeyd edək ki, aprelin 17-də Fransanın “Le Monde” qəzeti Avropa ölkələri arasında Ukraynaya əlavə yardım paketi ilə bağlı fikir ayrılıqlarının olduğunu yazıb. Məqalədə xüsusilə atəşkəsdən sonra Ukraynaya qoşun yeridilməsi məsələsində Avropa ölkələrinin mövqelərinin fərqli olduğu vurğulanır.
Hazırda ABŞ-nin mövqeyi Avropanı bu məsələdə daha fəal və lider rolunda çıxış etməyə təşviq etmək kimi qiymətləndirilir.
Aytəkin TOFİQQIZI