Zelenski Trampdan dəstək göstərməsini xahiş etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda keçirilən görüş zamanı ABŞ-nin Prezidenti Donald Trampdan Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli prosesindən geri çəkilməməsini istəyib.
Redaktor.az bu barədə “The Economist” nəşrinə istinadla məlumat verir.
Görüş zamanı Zelenskinin Trampa sülh prosesinə davamlı dəstəyin vacibliyini vurğuladığı bildirilir. Mövzu ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Aytəkin TOFİQQIZI