Türkiyə Netanyahunun təyyarəsinə icazə VERDİ

 12:50 30.04.2025     135

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcək təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan-İsrail Alyansı (AIA) məlumat yayıb.

"Benyamin Netanyahunun “Kanaf Zion” təyyarəsi mayın 7-də axşam saatlarında Azərbaycana gələcək", - məlumatda qeyd edilib.

Ötən gün “The Times of Israel” qəzeti İsrailin Baş nazirinin mayın 7-də Bakıya gələcəyini bildirib.