Sabah bu paytaxtda qar yağacaq

 19:05 30.04.2025     91

Mayın 1-nə keçən gecə və hətta gündüz Moskvada yüngül qar yağacağı ehtimalı var.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib. 

"Əlbəttə ki, əsasən yağış yağacaq, lakin bir qədər qar da yağa bilər", - o deyib. 

Aprelin 30-da  Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt qərargahı bildirib ki , mayın 1-dən 3-dək Moskva vilayətində və bir sıra qonşu rayonlarda -1-dən -6°C-dək şaxta gözlənilir. 

Moskva vilayəti üzrə Fövqəladə Hallar Nazirliyi də aprelin 30-da və mayın 1-də hava şəraitinin pisləşəcəyi ilə bağlı paytaxt və rayon sakinlərinə xəbərdarlıq edib. Qeyd olunub ki, Moskva vilayətində yağış, rayonun şimalında isə qar yağacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, küləyin sürətinin 16 m/s-dək güclənəcəyi ehtimalı var.

Turan İSMAYIL