Türkiyədə sahibsiz it qəzaya səbəb oldu: 3 nəfər yaralandı

 19:32 30.04.2025     103

Türkiyənin Amasya vilayətinin Kuzgecə kəndi yaxınlığında sahibsiz itə dəyməmək üçün manevr edən avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə yerli vaxtla saat 15:00 radələrində qeydə alınıb. Metin T. idarə etdiyi minik avtomobili qarşısına çıxan itə dəyməmək üçün sükanı kəskin şəkildə çevirdikdə nəqliyyat vasitəsinə nəzarəti itirib və maşın aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – Ali P. və Meryem P. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Həkimlər onların vəziyyətinin yaxşı olduğunu bildiriblər. Qəza ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF