İstanbulda zəlzələdə zərər görən 4 məktəb boşaldıldı

 21:04 30.04.2025     113

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra aparılan yoxlamalar nəticəsində zərər görmüş 4 məktəbin təhlükəli olduğu müəyyən edilib və həmin təhsil ocaqları boşaldılıb.

Redaktor.az xəbər verir ki, məlumata görə, 23 Apreldə Marmara dənizinin Silivri açığında qeydə alınan zəlzələdən sonra məktəblərdə yoxlamalar həyata keçirilib.

Yoxlamalardan sonra Sultanahmet Suphi Paşa Peşə və Texniki Anadolu Liseyi, Fatih Katib Çələbi İbtidai Məktəbi, Silivri Qazi İmam Hatip Orta Məktəbi və Üsküdar Halil Rüştü İbtidai Məktəbinin bağça binasının boşaldılmasına qərar verilib.

Kənan YUSİF