Futbol meydançasında ürəyi dayandı, 12 gün sonra xəstəxanada ayıldı

 21:10 30.04.2025     124

İzmirin Buca rayonunda futbol meydançasında futbol oynayarkən qəfil halı pisləşən 41 yaşlı Yavuz Ulu, ürəyinin dayanmasına baxmayaraq tibbi müdaxilə ilə həyata qaytarılıb və 12 gün sonra reanimasiyada gözlərini açıb.

Redaktor.az xəbər verir ki, üç uşaq atası Ulu, 20 gün əvvəl dostları ilə futbol oynadığı zaman halı pisləşib. 112 Təcili Tibbi Yardım qruplarının müdaxiləsi ilə yenidən həyata qaytarılan Ulu, Sağlıq Elmləri Universitetinin İzmir Tepecik Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.

Tıxanmış ürək damarları stentlə açılan xəstə, anesteziya reanimasiya şöbəsində müalicəyə alınıb. Hazırda vəziyyətinin yaxşıya doğru getdiyi bildirilib.

Kənan YUSİF