Avropanın ən işlək hava limanı İstanbul OLDU

İstanbul Hava Limanı, 21-27 aprel tarixlərini əhatə edən dövrdə gündəlik orta hesabla 1482 reyslə Avropanın ən işlək hava limanı kimi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) yayımladığı “Avropa Aviasiya Hesabatı”nda məlumat verilib.
Hesabata əsasən, İstanbul Hava Limanı gündəlik uçuş sayı baxımından Amsterdam Schiphol (1419 reys), London Heathrow (1357 reys), Paris Charles De Gaulle (1344 reys) və Frankfurt (1314 reys) hava limanlarını geridə qoyaraq birinci yerdə qərarlaşıb.
Kənan YUSİF