İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir

 23:07 30.04.2025     200

İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istəyir.

Redaktor.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

"Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan (meşə yanğınlarının havadan söndürülməsi üçün) dəstək istədim", - agentlik onun sözlərini sitat gətirib.

Qeyd edək ki, çərşənbə günü səhər Qüdsün qərbində meşə yanğınları başlayıb və sürətlə nəzarətdən çıxıb. Hakimiyyət bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyə olunduğunu elan etməli və bir neçə yolu bağlamalı olub. İsrailin Aşkelon, Beer Şeva, Modiin və s. şəhərlərində Müstəqillik Günü tədbirləri hava şəraitinə görə ləğv edilib.

İsrailli həkimlər EFE-yə bildiriblər ki, indiyədək 19 nəfər tüstüdən xəsarət alaraq müalicə almaq üçün müraciət edib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib. Daha əvvəl 12 nəfərin yaralandığı bildirilib.