ABŞ ilə bağlanan resurs razılaşması əvvəlki təklifdən daha pisdir

 09:52 01.05.2025     161

Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak ABŞ ilə imzalanmış resurs razılaşmasını tənqid edib.

Redaktor.az xəbər verir ki, o, razılaşmanı özünün Teleqram kanalında şərh edib.

Bildirib ki, bu sənəd fevralın 28-də ABŞ-də Oval kabinetdə Zelenskiyə təklif olunmuş versiyadan daha zəifdir.

“Fevralın 28-də Oval kabinetdəki həmin görüşdən əvvəl masada olan versiya daha yaxşı idi. İndiki versiya xəyanət deyil, amma burada nə birbaşa, nə də böyük qələbə görmürəm,” – deyə Jeleznyak qeyd edib.

Deputat əlavə edib ki, Ukrayna bu razılaşmanın bağlanması prosesində özünə əlavə problemlər yaradıb.

Aytəkin TOFİQQIZI