Putin ilk dəfə Kremldəki mənzilini göstərdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə “Rusiya. Kreml. Putin. 25 il” sənədli filmi üçün verdiyi müsahibədə Kremldəki mənzilini göstərib.
Redaktor.az xəbər verir ki, həmin kadrları rusiyalı jurnalist Pavel Zarubin teleqram kanalında yerləşdirib.
Rusiya lideri etiraf edib ki, son üç ildə o, tez-tez Kremldə gecələyib.
Pəncərənin yanında yerləşdirilən ağ royal da jurnalistin diqqətini çəkib. Putin bildirib ki, o, çox nadir hallarda həmin alətdə ifa edir. Bundan sonra o, qonağına kitabxana, iki yataq otağı və “ev kilsəsi”ni göstərib.