Tramp Çinlə tarif mübarizəsində kobud səhv edib - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin Prezidenti Donald Trampın Çinlə apardığı tarif siyasətini tənqid edib. O, bu addımı “kobud səhv” adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Medvedev öz Teleqram kanalında məlumat verib.
“Çinin özünün nəhəng resursları və böyük daxili bazarı var. Ona görə də bu ölkənin iqtisadiyyatı istənilən təzyiqə tab gətirə bilir”, – deyə o, bildirib.
Medvedevin sözlərinə görə, Tramp bu reallığı düzgün qiymətləndirməyərək Çinlə iqtisadi mübarizədə səhvə yol verib.
Aytəkin TOFİQQIZI