Anasının sevgilisi 2 yaşlı körpəyə dəhşət yaşatdı: vəziyyəti kritikdir

Türkiyənin Dənizli şəhərində anasının sevgilisi tərəfindən döyüldüyü iddia edilən 2 yaşlı körpə ağır bədən xəsarətləri alıb.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, həyatı təhlükədə olan körpə dərhal həkimlər tərəfindən nəzarətə götürülüb.
Verilən məlumata görə, S.B.D. başında, üzündə, kürəyində və bədəninin müxtəlif yerlərində döyülmə izləri olan 2 yaşlı oğlunu Sarayköy Dövlət Xəstəxanasına gətirib. Körpənin qolunda və gözündəki xəsarətlərdən şüblənən xəstəxana işçiləri dərhal polisə məlumat veriblər və araşdırma başlanıb.
Məsələ ilə bağlı sorğu-sual edilən ana S.B.D. övladının birlikdə yaşadığı sevgilisi S.D. tərəfindən döyüldüyünü iddia edib.
Vasif ƏLİHÜSEYN