Trampın reytinqi “dərin dövlət”in müqaviməti səbəbindən düşür - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin Pezidenti Donald Trampın reytinqinin aşağı düşməsini “dərin dövlət”in sərt müqaviməti ilə əlaqələndirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, özünün Teleqram kanalında yazıb.
Medvedev bildirib ki, ABŞ Senatı Rusiyaya qarşı yeni sarsıdıcı sanksiyalar tətbiq etməyə hazırlaşır.
“Gəlin görək yeni administrasiya buna necə cavab verəcək. Trampın reytinqləri aşağı düşüb, ‘dərin dövlət’ ona sərt müqavimət göstərir”, – deyə o vurğulayıb.
Aytəkin TOFİQQIZI