Qərb Paşinyanı açıq şəkildə şantaj edir - KİV

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin iclasları iki həftədir ki, keçirilmir.
Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
“Adətən hər həftənin çərşənbə axşamı İdarə Heyətinin iclasları keçirilir, ondan sonra partiyanın və baş nazirin səhifələrində video və mesajlar dərc olunur, amma nə ötən həftə, nə də bu həftə idarə heyətinin iclasları barədə məlumat verilməyib.
Bizə qeyri-rəsmi məlumat verildi ki, kvorumla bağlı problemlərə görə iclaslar keçirilmir; İdarə Heyətinin üzvlərinin əksəriyyəti ölkədə yoxdur və ezamiyyət bəhanəsi ilə səyahətə çıxırlar.
Bununla belə, komandada bəziləri istisna etmirlər ki, Paşinyanın hələlik komanda ilə müzakirə edəcəyi heç nə yoxdur, xüsusən də o, hələ mayın 9-da nə edəcəyinə qərar vermədiyinə görə, Qərb açıq şəkildə onu şantaj edir, Böyük Vətən müharibəsində qələbənin 80 illik yubiley tədbirlərində iştirak edəcəyi təqdirdə sanksiyalar tətbiq edəcəyini deyir. Digər tərəfdən, Rusiya Ermənistanla ardıcıl əlaqə saxlamağa başlayıb və Paşinyan Moskvaya getməsə, o, cəzalandırıla bilər. Rusiya Federasiyası artıq Ermənistanın iştirakını təsdiqləyib və həmçinin bəyan edib ki, o, Ermənistandan hərbi birləşmənin Azərbaycandakı kimi, qələbəyə nail olmuş respublikanın iştirakı kimi paradda iştirakını gözləyir”, - nəşr qeyd edir.
Turan İSMAYIL