Britaniyalı qadın dünyanın ən yaşlı insanı SEÇİLDİ

Britaniyada ən uzunömürlü insan hesab edilən Ethel Katerham 116 yaşlı braziliyalı rahibənin ölümündən sonra dünyanın ən yaşlı insanı titulunu alıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, İngiltərənin Surrey şəhərində qocalar evində yaşayan Ethel Katerham 21 avqust 1909-cu ildə Hempşir ştatının Şipton Bellinqer şəhərində anadan olub.
115 yaşlı Katerham ondan əvvəl titula sahib olan braziliyalı rahibə İnah Kanabarro Luqas aprelin 30-da 116 yaşında vəfat etdikdən sonra dünyanın ən yaşlı insanı olub.
Vasif ƏLİHÜSEYN