İsrail ordusu Livanda iki Hizbullah döyüşçünü öldürdü

İsrail ordusu Livanın cənubundakı Meys əl-Cəbəl bölgəsinə iki zərbə endirərək, şiə Hizbullah təşkilatından iki silahlı radikalı məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Meys əl-Cəbəl bölgəsində “Hizbullah Radvan” xüsusi təyinatlılarına məxsus bir terrorçunu vuraraq öldürüb”, - deyə məlumatda bildirilir.
"Bundan əlavə, cümə axşamı səhər saatlarında İsrail ordusu yəhudi dövləti ilə sərhəd bölgəsində fəaliyyət göstərən terror təşkilatı üçün kəşfiyyat məlumatları toplayan daha bir "Hizbullah" terrorçusunu Meys əl-Cəbəl bölgəsində məhv edib", - mətbuat xidməti əlavə edib.
Turan İSMAYIL