ABŞ Federal Ehtiyat Sisteminin xərclərini yoxlamaq lazımdır - İlon Mask

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask hesab edir ki, ABŞ Federal Ehtiyat Sisteminin (mərkəzi bank kimi fəaliyyət göstərən FED) xərclərinə yenidən baxılması lazımdır.
Redaktor.az "Bloomberg"ə istinadla xəbər verir ki, potensial hökumət tullantılarına misal kimi o, Federal Ehtiyatın Vaşinqtondakı qərargahının bahalı təmirini göstərib.
"Günün sonunda bütün vergi ödəyicilərinin pulu olduğuna görə, məncə, biz mütləq Federal Ehtiyatın daxili dizaynerə 2,5 milyard dollar xərcləyib-xərcləmədiyini mütləq araşdırmalıyıq", - Mask deyib.
Qeyd edək ki, Trampın inauqurasiyasından dərhal sonra DOGE ABŞ-nin büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Musk əvvəlcə dövlət xərclərini 2 trilyon dollar azaldacağını gözlədiyini söyləyib.
Turan İSMAYIL