Ukraynanın dövlət borcu 2,6 milyard dollar artıb

Martda Ukraynanın milli borcu və dövlət zəmanətli borcu 2,6 milyard dollar artıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın “Ekonomichna Pravda” nəşri Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Martın 31-nə olan məlumata görə, Ukraynanın dövlət və dövlət zəmanətli borcu 7,123 trilyon UAH (Ukrayna Milli Bankının məzənnəsi ilə 171,73 milyard dollar) təşkil edib. Üstəlik, təkcə mart ayında bu məbləğ 103,48 milyard qrivna (2,6 milyard dollar) artıb.
Nəşrin məlumatına görə, 2025-ci ildə Ukraynanın ümumi dövlət borcunun ÜDM-in 110%-nə qədər artacağı proqnozlaşdırılır.
Turan İSMAYIL