Mayın 1-də icazəsiz aksiyada iştirak edən 409 nəfər saxlanıldı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, 1 May Əmək və Həmrəylik Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Toplantı və Göstəri Yürüşləri Haqqında Qanunun (2911 saylı) pozulmasına görə ümumilikdə 409 nəfərin saxlanıldığını bildirib.
Redaktor.az xəbər verir ki, nazirin paylaşdığı məlumata görə, İstanbulda 407, Tokatda və Vanda isə 1 nəfər olmaqla ümumilikdə 3 şəhərdə saxlanılan şəxslər barədə hüquqi tədbirlər görülür.
1 May tədbirləri çərçivəsində ölkə üzrə 122 min 777 polis əməkdaşı vəzifə başında olub, 78 vilayətdə 286 min 584 nəfərin iştirakı ilə 212 tədbir keçirilib.
Kənan YUSİF