Prezident Ərdoğan 5 ölkənin səfirini qəbul ETDİ

 21:41 01.05.2025     112

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus, Braziliya, Ekvador, Gürcüstan və Vyetnamın yeni təyin olunmuş səfirlərini qəbul edib.

Redaktor.az xəbər verir ki, Cumhurbaşkanlığı Külliyəsində baş tutan qəbulda Belarus səfiri Anatoly Glaz, Braziliya səfiri Gilda Motta Santos Neves, Ekvador səfiri Pedro Vintimilla, Gürcüstan səfiri Archil Kalandia və Vyetnam səfiri Dang Thi Thu Ha Prezident Ərdoğana etimadnamələrini təqdim ediblər.

Səfirlər qəbul zamanı diplomatik nümayəndəlik əməkdaşlarını və ailə üzvlərini də təqdim edib və Prezident Ərdoğanla xatirə şəkli çəkdiriblər.

Kənan YUSİF