Türkiyədə daha 84 narkotik satıcısı həbs EDİLDİ

 21:45 01.05.2025     259

Türkiyənin Mersin vilayətində təşkil edilən genişmiqyaslı “Narkokapan-Mersin” əməliyyatında 112 şübhəli saxlanılıb, onlardan 84-ü barəsində həbs qərarı verilib.

Redaktor.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya əməliyyatla bağlı verdiyi açıqlamada, hazırlıq mərhələsinin 6 ay davam etdiyini bildirib. Yerlikaya, əməliyyatın əsas hədəfinin küçə və məhəllələrdə gənclərə narkotik satan “torbacı” adlandırılan şəxslər olduğunu vurğulayıb.

Əməliyyata 460 personal, 4 jandarma komando qrupu, 6 motosikletli jandarma asayiş qrupu və 4 xüsusi təlim keçmiş narkotik axtarış iti cəlb edilib.

Nazir, şübhəlilərin texniki və fiziki izləmə ilə müəyyən edildiyini və hüquqi sübutların toplanmasının ardından əməliyyatın həyata keçirildiyini bildirib.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən