Ankara və ətraf vilayətlər üçün güclü yağış XƏBƏRDARLIĞI

Türkiyə Meteorologiya Baş İdarəsi Ankaranın da daxil olduğu beş vilayət üçün güclü yağış xəbərdarlığı yayıb.
Redaktor.az xəbər verir ki, verilən açıqlamaya görə, sabah Ankara, Eskişehir, Kütahya, Bolu və Karabükdə müşahidə ediləcək leysan və göy gurultulu yağışların gecə saatlarınadək təsirli olacağı gözlənilir.
Qurum vətəndaşları sel, su basqını, ildırım, dolu, yağış zamanı güclü külək və nəqliyyatda yaranacaq ləngimələr kimi mənfi hallara qarşı ehtiyatlı və tədbirli olmağa çağırıb.
Kənan YUSİF