Tramp ona qarşı çıxan siyasətçiləri Konqresdən uzaqlaşdırmaq istəyir

ABŞ Prezidenti Donald Tramp impiçmentinə cəhd edən demokrat konqresmenlərin Konqresdən çıxarılmasını tələb edib.
Redaktor.az xəbər verir ki, bunu Donald Tramp "Truth Social" platformasında yayımladığı açıqlamada bildirib.
Tramp bildirib ki, ona qarşı çıxan siyasətçilər “nəzarətdən çıxıb” və onu yenidən hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. O vurğulayıb ki, bu cəhdlər heç bir əsas olmadan həyata keçirilir və Respublikaçılar həmin demokratların “seçkilər zamanı törətdikləri cinayətlərə görə” məsuliyyətə cəlb edilməsini düşünməlidirlər.
“Ona görə də Respublikaçılar, indi bu ölkəni xilas etməyə çalışan prezidentə qarşı impiçmenti siyasi silah kimi istifadə edənləri dayandırmalıdır”, – deyə Tramp qeyd edib.
O, həmçinin ilk prezidentlik müddətində də oxşar hücumlarla üzləşdiyini xatırladıb və bildirib ki, bu dəfə partiya yoldaşları demokratlara buna imkan verməyəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl demokrat konqresmen Şri Tanedar Trampın impiçmenti üçün qətnamə təqdim edib. O, impiçmentə əsas kimi ədalətin qarşısının alınması, beynəlxalq təcavüz, qeyri-qanuni strukturların yaradılması, korrupsiya və hakimiyyətdən sui-istifadə hallarını göstərib.
Aytəkin TOFİQQIZI