Çin ABŞ-nin tarif danışıqları təklifini nəzərdən keçirir

Çin hökuməti ABŞ Prezidenti Donald Trampın gömrük tariflərini artırması və Pekinin buna cavab olaraq tədbirlər görməsi ilə gərginləşən ticarət mübahisəsində Vaşinqtonun irəli sürdüyü danışıqlar təklifini nəzərdən keçirdiyini açıqlayıb.
Redaktor.az bu barədə "Politico"ya istinadla xəbər verir.
Məlumata görə, Çin Ticarət Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, son günlər ABŞ-ın yüksək səviyyəli rəsmiləri Çinlə tarif məsələsində danışıqlara hazır olduqları mesajını veriblər və bu yöndə təşəbbüs göstərərək rəsmi kanallar vasitəsilə mövqelərini çatdırıblar.
Açıqlamada qeyd olunub: "Əgər ABŞ həqiqətən danışıqlar aparmaq istəyirsə, səmimiyyət nümayiş etdirməli, yanlış tətbiqləri düzəltməyə və birtərəfli tarif artımlarını ləğv etməyə hazır olduğunu göstərməli və bu istiqamətdə konkret addımlar atmalıdır".
Çin tərəfi əlavə edib ki, əgər ABŞ birtərəfli və ədalətsiz tarif siyasətindən imtina etməzsə, bu yalnız danışıqlarda səmimiyyətsiz olduqlarının sübutu sayılacaq və qarşılıqlı inamı daha da zədələyəcək.
Pekinin bu açıqlamasının, ayın əvvəlində baş verən tarif qarşıdurmalarından sonra iki ölkə arasında gərginliyin azala biləcəyi və dialoqa qapıların aça biləcəyi yönündə bir işarə olduğu qeyd olunur.
AYTƏKİN TOFİQQIZI