Putin Kremldəki mənzilində mətbəxi və qonaq otağını göstərdi

 17:09 02.05.2025     245

Rusiya Prezidenti Vladimir Putin Kremldəki mənzilində mətbəx və qonaq otağını göstərib.

Redaktor.az xəbər verir ki, VGTRK jurnalisti Pavel Zarubinin "Telegram" kanalında "Rusiya. Kreml. Putin. 25 il" sənədli filmindən kadrlar dərc olunub.

Qonaq otağının kadrlarında bir neçə açıq rəngli kreslo, güzgü qarşısındakı stolun üstündə isə dəfələrlə heyranlığını ifadə etdiyi imperator III Aleksandrın portreti dayanır. Dövlət başçısı bu qonaq otağında müxtəlif vaxtlarda Çin Xalq Respublikasının Sədri Si Cinpinlə, eləcə də ABŞ-nin 42-ci prezidenti Bill Klintonla çay içdiyini bölüşüb.

Prezident daha sonra çəkiliş qrupunu mətbəxə aparıb. "Sənə nə rəftar edə bilərəm?" – deyib və soyuducudan bir şüşə kefir, servantdan iki ağ stəkan götürüb.

Prezident Zarubini masaya dəvət edib. Prezidentin masasında banan, bal, duz, istiot, kağız salfetlər və bir yığın sənəd görmək olar. 

Turan İSMAYIL