Argentinada 7,1 bal gücündə zəlzələ OLDU

Argentina sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun məlumatına görə, yeraltı təkanların episentri 58 min nəfərin yaşadığı Uşuayya şəhərindən 285 km cənub-şərqdə və 117 min nəfərə yaxın əhalisi olan Çilinin Punta Arenas şəhərindən 511 km cənub-şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilib.
Turan İSMAYIL