Kütahyada 4,2 bal gücündə zəlzələ baş VERDİ

 18:27 02.05.2025     92

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, AFAD-ın verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:51-də baş verib və təxminən 12,55 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə ilə bağlı hər hansı zərər barədə hələlik məlumat verilməyib. Araşdırmalar davam etdirilir.

Kənan YUSİF