Borsa İstanbulda qanunsuz əməliyyat aparan 12 nəfər həbs EDİLDİ

 18:29 02.05.2025     88

Borsa İstanbulda (BIST) bəzi pay bazarı əməliyyatlarında dələduzluq edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 nəfərdən 12-si həbs olunub.

Redaktor.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər Bürosu tərəfindən BIST pay bazarında bəzi səhm alqı-satqılarında manipulyativ hərəkətlər edilməsi iddiası ilə başlanan istintaq davam edir.

İstanbul, Ankara və Şanlıurfada keçirilən əməliyyatda “cinayət təşkilatı qurmaq” və “bazar fırıldaqlığı” ittihamları ilə saxlanılan şübhəlilərdən 12-si məhkəmənin qərarı ilə həbs edilib. 1 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Kənan YUSİF