ABŞ 2026-cı ildə hərbi xərclərini 1,01 trilyon dollara qədər artıracaq

ABŞ 2026-cı maliyyə ilində hərbi xərclərini 1,01 trilyon dollara çatdırmağı planlaşdırır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin açıqladığı növbəti maliyyə ili üçün federal büdcə layihəsi sübut edir.
Bu sənəddən göründüyü kimi, Vaşinqton müdafiə ayırmalarının həcmini 2025-ci maliyyə ili ilə müqayisədə 13% artırmaq niyyətindədir.
Turan İSMAYIL