Türkiyədə ağır yol qəzası oldu, 15 nəfər yaralandı

 19:01 02.05.2025     95

Türkiyədə ağır yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə Isparta şəhərində qeydə alınıb.

Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin durumu ağırdır.