Avropa İttifaqı TikTok-u CƏRİMƏLƏDİ

 19:22 02.05.2025     129

Avropa İttifaqının (Aİ) şəxsi məlumatların qorunmasına cavabdeh qurumu, TikTok sosial media platformasına istifadəçi məlumatlarını Çinə ötürdüyü və şəffaflıq qaydalarını pozduğu üçün 530 milyon avro cərimə tətbiq edib.

Redaktor.az xəbər verir ki, İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) tərəfindən aparılan araşdırmanın tamamlandığı bildirilib.

TikTok-un Avropadakı istifadəçilərin şəxsi məlumatlarını qanunsuz şəkildə Çinə ötürüb-ötürmədiyi araşdırılıb. Açıqlamada, bu məlumat ötürmələri barədə istifadəçilərə kifayət qədər məlumat verilmədiyi və şəffaflıq prinsiplərinə əməl olunmadığı qeyd olunub.

Kənan YUSİF