Ankarada yanğınsöndürən maşını sel APARDI

Ankaranın Ayaş rayonunda güclü yağış səbəbilə sel sularına qapılan hərəkətdə olan yanğınsöndürən maşınının görüntüləri yayıldı.
Redaktor.az xəbər verir ki, Ayaş Bələdiyyəsi Fənn İşləri İdarəsinə məxsus, Macit Kömürcünün idarə etdiyi yanğınsöndürən maşını, 30 kilometr uzaqlıqdakı Gənçəli qəsəbəsində təmizlik məqsədilə hərəkətdə olarkən su səviyyəsi artan kanala düşüb.
Sürücü Kömürcü, sel sularına qapılan nəqliyyat vasitəsindən son anda çıxaraq xilas ola bilib.
Hadisə anı ərazidə olan vətəndaşlardan biri tərəfindən mobil telefonla qeydə alınıb.
Kənan YUSİF