Çilidə yeni güclü zəlzələ OLDU

Çilinin cənubunda 6,4 bal gücündə zəlzələ Argentinanın cənubunda da hiss olunub.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Milli Seysmoloji Mərkəz məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar Puerto Uilyams şəhərindən 300 km aralıda, saat 13:59-da (Bakı vaxtı ilə 21:59) 20 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, mayın 2-də günorta saatlarında Çilinin cənubunda, Puerto Uilyamsdan 218 km aralıda 7,5 bal gücündə zəlzələ baş verib. Bununla əlaqədar sunami təhlükəsi elan edilib.
Xatırladaq ki, aprelin 23-də İstanbulda ən güclüsü 6,2 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar hətta episentrdən 300 kilometr aralıda, Ankarada hiss olunub. Təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu fonda türkiyəli seysmoloqlar Celal Şengör və Naci Görür şəhərə yaxınlaşan “böyük zəlzələ” barədə xəbərdarlıq edib və səlahiyyətliləri buna hazırlaşmağa çağırıblar.
Turan İSMAYIL