"Zelenski birbaşa paradı hədəf alan açıqlama verib"

 23:35 02.05.2025     120

"Moskvada keçiriləcək paradin təhlükəsizliyi müzakirə predmetidir. Rusiyanın paytaxtı Moskvada mayın 9-da faşizm üzərində qələbənin 80- illiyi münasibətilə keçiriləcək paradın təhlükəsizliyi risk altındadır. Ukrayna prezidenti Volodimir Zelenski birbaşa paradı hədəf alan açıqlama verib. Həmçinin Rusiyanın Ukrayna ilə ağır müharibə aparır. Ukrayna raketləri və PUA Moskvaya kimi gəlir. Belə olan təqdirdə Putinin parad keçirməsi Qərbə psixoloji və siyasi üstünlük əldə etməkdən ibarətdir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya ordusu Ukraynada ağır itkilər verir:

"Artıq Rusiya ordusunun Ukraynanı tam işğal etmək potensialı tükənib. Rusiya ordusunun mifi Ukraynada darmadağın olub. Rusiya öz ordusunu "gücü" kimi göstərir?! Üç ildir ki, Ukraynada Rusiya ordusunun gücsüzlüyü göz qabağındadır.

Xarici ölkə liderlərinin Kremldə paradı qatılması və onların havada-quruda təhlükəsizliyinin təmin edilməsi hansı səviyyədə olacağı şübhəsizdir.

Kremldə keçiriləcək parad günü Azərbaycanda İsrailin baş naziri səfərdə olacaq. Prezident İlham Əliyevin sıx iş qrafiki olduğu indidən məlumdur. Həm də rəsmi Bakı paradda iştirakla bağlı məlumat verməyib".

Vasif ƏLİHÜSEYN