Tramp Harvard Universiteti üçün vergi güzəştlərini dayandırmaqla HƏDƏLƏDİ

 23:49 02.05.2025     99

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası Harvard Universitetinin vergidən azad statusunu ləğv edəcək. Bununla da o, ölkənin elit universitetləri ilə “məşğul olmaq” üçün əvvəllər səsləndirdiyi təhdidini təsdiqlədi.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Biz Harvardın vergidən azad statusundan məhrum edəcəyik. Onlar buna layiqdirlər" – Tramp təfərrüatlara varmadan özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Universitet isə Trampa belə cavab verib: “Prezidentin, vitse-prezidentin və ya Ağ Evin hər hansı bir əməkdaşının Daxili Gəlir Xidmətindən müəyyən bir şəxs və ya qurumun təhqiqatını və ya yoxlanmasını tələb etməsi ABŞ-nin vergi məcəlləsindən qeyri-qanuni sui-istifadə olardı və bu, cinayət olardı”.

Turan İSMAYIL