ABŞ 2026-cı ildə qeyri-müdafiə xərclərini 22,6% azaldacaq

 23:58 02.05.2025     218

ABŞ-nin 2026-cı maliyyə ili üçün büdcə təklifi qeyri-müdafiə xərclərinin 22,6% (təxminən 163 milyard dollar) azaldılmasını nəzərdə tutur.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənəddə deyilir.

"Prezident Donald Tramp müdafiə ilə əlaqəsi olmayan sahələrdə büdcə səlahiyyətlərini 163 milyard dollar – cari ilin xərcləri ilə müqayisədə 22,6% – azaltmağı təklif edir. Bununla yanaşı, milli təhlükəsizlik, veteranlar, yaşlı insanlar, hüquq-mühafizə orqanları və infrastrukturun maliyyələşdirilməsi qorunub saxlanılır", – Ağ Evdən verilən açıqlamada deyilir.

Məlumatda bildirilir ki, bu rəqəm 163 milyard dollar azalaraq 720,5 milyard dollardan 557,4 milyard dollara enəcək.