Rusiyada tikintidə qəza: bu ölkənin vətəndaşları HƏLAK OLDU

 09:57 04.05.2025     202

Rusiyanın Krasnodar diyarının Gələncik şəhərində baş verən sürüşmə nəticəsində Qırğızıstan vətəndaşları həyatlarını itirib.

Redaktor.az xəbər verir ki, məlumatı Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, "Rusiyanın səlahiyyətli orqanlarından alınan məlumata görə, Gələncikdə tikinti obyektlərindən birində tikinti işləri aparılarkən qruntun çökməsi baş verib, nəticədə 3 işçi - Qırğızıstan vətəndaşı dağıntılar altında qalıb".

Xarici İşlər Nazirliyi əlavə edib ki, Qırğızıstan səfirliyi Rusiyanın səlahiyyətli orqanları ilə əlaqə saxlayır.

Qeyd edək ki, Gələncikdə tikinti işləri zamanı qaya uçub, 4 nəfər xəsarət alıb. Bir qurban sınıq və əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib, üçü dağıntılar altında qalıb.
Rusiyanın Krasnodar İstintaq Komitəsi çökmə faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 216-cı maddəsi (tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, aprel ayında Rusiyada qırğızların işlədiyi və yaşadığı yerlərə Rusiya polisinin əsassız basqınları qeydə alınıb. Basqınlar zamanı çoxsaylı Qırğızıstan vətəndaşına qarşı zorakılıq və qəddarlıq nümayiş etdirilib. Bununla bağlı Qırğızıstan XİN Rusiyaya nota verərək günahkarların cəzalandırılmasını tələb edib (musavat.com).