Moskvada yerləşən çoxmərtəbəli binada partlayış oldu - YENİLƏNİB

 22:43 04.05.2025     136

Moskvada yaşayış binasında baş vermiş partlayışda yaralananların sayı 15-ə çatıb.

Redaktor.az APA-ya istinadən xəbər  verir ki, güclü partlayış nəticəsində, mərtəbələr arasındakı hissəyə ciddi ziyan dəyib və girişin (binanın blokunun-red.) tamamilə uçmaq təhlükəsi var.

***

Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb.

Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.