Quterreşdən İsrailin Qəzzaya dair planına XƏBƏRDARLIQ

 22:07 05.05.2025     97

BMT Baş katibi Antonio Quterreş, İsrailin Qəzza  zolağında hücumlarını genişləndirmə planının daha çox ölüm və dağıntıya yol aça biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, BMT Baş katibinin müavini Farhan Haq jurnalistlərə açıqlamasında, Quterreşin bu cür addımların qaçılmaz olaraq daha çox mülki şəxsin həyatını itirməsinə və Qəzzadakı vəziyyətin ağırlaşmasına gətirib çıxaracağını vurğuladığını bildirib.

“Baş katibə görə, bu həssas dönəmdə prioritet daha çox qan tökülməsi deyil, zorakılığın dərhal dayandırılmasıdır", - deyə Haq əlavə edib.

Kənan YUSİF