Balıkesirdə taxta anbarında yanğın baş VERDİ

 22:13 05.05.2025     93

Türkiyənin Balıkesir şəhərinin Ayvalık rayonunda yerləşən taxta anbarında güclü yanğın baş verib. Hadisə yerinə göndərilən yanğınsöndürən qruplarının səyi nəticəsində alov nəzarət altına alınıb.

Redaktor.az xəbər verir ki, Altınova məhəlləsində yerləşən anbarda naməlum səbəbdən başlayan yanğın qısa müddətdə genişlənib. Yanğına Ayvalık İtfaiyə Qrupu ilə yanaşı Edremit, Burhaniye və Gömeç rayonlarından da qüvvələr cəlb olunub.

Ümumilikdə 11 yanğınsöndürən texnika və təxminən 50 nəfərlik heyət alovla mübarizəyə qatılıb. Yerli sakinlər də söndürmə işlərinə dəstək veriblər.

Kənan YUSİF